First slide
"Hər kəsin qeyrəti onun özünündü"-Səidə Sultandan qalmaqallı fikirlər

Məşhur müğənni Səidə Sultan instagram hesabında qalmaqallı fikirlər yazıb.

BiG.AZ xəbər verir ki, müğənni bu fikirləri məşhurları sosial şəbəkələrdə günahlandıranlara deyib:

"İndiki toplumun gücü zəifə çatır. Güclünü görəndə söz deyə bilmirlər qorxub qaçırlar. Dillərini ancaq zəifə, şou əhlinə uzada bilirlər. Gücləri şou əhlinə çatır qeyrətə gəlirlər. Hər kəsin qeyrəti onun özünündü! Bir yaxınımın sözü idi. “Bizim hamımızın bir qeyrəti var o da Qarabagdı .O qeyrətimiz də düşmən əllərindədi. Yoxsa ölkədə bir problem yarandı müğənnilər. Kasıbın haqqını əzdilər, müğənnilər. Torpaqlar düşmən əlindədi o da müğənnilər. Pedofilizim yaranıb o da mügənnilər.Görürəm bu ölkənin tək gücü catacagı söz deyəcəyi yer müğənnilərdi. Gücünüz elə bizə çatır.Düz söz olanda da heç kəsə sərf eləmir.Ay Allah özün bizləri qoru".


13.01.2020 20:34
3