First slide
HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR! Türkiyə və Azərbaycan ANLAŞDI: Türklər Qarabağda bunu edəcək

Şuşada məktəb inşası ilə bağlı layihə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşılıqlı anlaşma ilə uyğun görülüb.

Axar.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Bir müddət əvvəl məsələ ilə bağlı təklif irəli sürmüşdüm. Bildirmişdim ki, Türkiyə və Azərbaycan prezidentləri uyğun görərsə, Şuşada məktəb tikmək hədəfimizdir. Məktəbin təməlini də yanvarın 30-da ata biləcəyimizi söyləmişdim. Hər iki ölkə prezidentinin qarşılıqlı razılaşması ilə təklifimiz təsdiqlənib. Şuşadakı məktəbin tikintisi başa çatan kimi Azərbaycana təslim ediləcək”, - partiya sədri bildirib.

D.Baxçalı eyni zamanda məktəbin layihəsini də təqdim edib.

26.01.2021 22:21
1794
Loading...