First slide
Hemilton Bakıdakı uğursuzluğun səbəbini açıqladı

"Formula 1" üzrə "Mercedes" komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindəki uğursuzluğun səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, yarışı 15-ci sırada tamamlayan britaniyalı sürücü döngəyə daxil olarkən düyməni səhv sıxdığını söyləyib.

7 qat dünya çempionu bildirib ki, "Red Bull"dan Serxio Peres ona yaxınlaşanda özünü itirib: "İçəridə ön əyləcləri işə salan düymə var. Peres yaxınlaşanda özümdən asılı olmayaraq, reaksiya verdim və səhvən açar yerinə toxundum. Nəticədə düymə ilişdi və maşını saxlaya bilmədim. Bolid irəliyə doğru hərəkət etməyə başladı".

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi Serxio Peres olub.

07.06.2021 11:40
2746
Loading...