First slide
Həlak olan zabitlə vida mərasimi keçirilir

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.

1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

10.08.2021 11:10
7230
Loading...