First slide
Həkimdən bu dərmanlarla bağlı XƏBƏRDARLIQ - Fəsadlar yaradır

Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır.

Bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər tərəfdən bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir:

"Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular, depressiya varsa, o dərmanları vaxtında qəbul etməyəcək, müalicə rejiminə əməl etməyəcək. Təbii ki, bunun da nəticəsi pis olacaq".

F. İsmayılov əlavə edib ki, yaş artdıqca həm psixi, həm də kardioloji problemlər daha da çoxalır. (trend)


18.01.2020 09:10
489

Loading...
close
close