First slide
"Həftədə 4 iş günü olsun" - Baş nazirdən TƏKLİF

Finlandiyanın Baş naziri Sanna Marin həftədə 4 gün və hər gün 6 saatlıq iş sistemini təklif edib.

Pravda.az xəbər verir ki, Avropanın ən gənc ikinci lideri olan S. Marin “iş həyatında hər kəs üçün növbəti addım” kimi təqdim etdiyi sistemi tətbiq etmək üçün fəaliyyətə başlayıb.

O bildirib ki, insanların ailələrinə, sevdiklərinə, hobbilərinə və mədəniyyət sahəsinə daha çox vaxt ayırmağa haqqı var: “Finlandiya vətəndaşlarının daha az işləməsini təmin etmək çox vacibdir. Məsələyə qadın idarəetməsi tərəfdən baxmaq lazım deyil. Önəmli olan seçicilərə verdiyiniz sözləri tutmaqdır”.


06.01.2020 20:36
16
Loading...