First slide
Həbs olunan qazimizlə bağlı ŞAD XƏBƏR - QƏRAR VERİLDİ
Ikinci Qarabağ Savaşının iştirakçısı,  Cinayət Məcəlləsinin oğurluq etmə maddəsi ilə ittiham olunaraq 4 il 3 ay müddətinə həbs olunan qazi Aydın Ağazadə Şirvan apellasiya məhkəməsinin qərarı ilə  azadlığa buraxılıb.
 
Bu barədə Anews.az-a qazi Aydın Ağazadənin özü məlumat verib.
 
"Yarım saat olar həbsxanadan azadlığa çıxmışam. Azadlığa çıxmağımda xidməti olan hər kəsə təşəkkür edirəm. Tam dəqiq hansı şərtlərlə azadlığa çıxmağımı dəqiq bilmirəm, amma hər şey qaydasındadır" - deyə o, bildirib. 
 
Aydın Ağazadənin azadlığa çıxması ilə bağlı əfv komissyasının üzvü və Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca müraciət olunmuşdu. Deputat bu işin birbaşa nəzarətində olduğunu və qaziyə kömək edəcəyini bildirmişdi. 
 
Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilən ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilib.

Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, Aydın Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilib

Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.Məhkəmə hökmü qazinin məhkəməyə çağırıldığı gün fevralın 2-də verilib.

O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı çıxarılıb.
 
Əsgər Aydın Ağazadə "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
05.03.2021 16:15
603
Loading...