First slide
Həbs olunan başçının oğlu işdən çıxarıldı

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bunu "Qafqazinfo"nun sualına cavab olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, Ramal Quliyev həqiqətən də əvvəl Baş İdarənin əməkdaşı olub, lakin hazırda işləmir.

Kamran Əliyev bildirib ki, Ramal Quliyev özünün müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, R. Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyib.

Xatırladaq ki, dekabrın 18-i DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafa icra başçısı Nizaməddin Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, və onunla birgə tutulmuş keçmiş müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 


15.01.2020 11:56
1