First slide
"Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz” - Konor Makqreqor

UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurmaqamedovla  Moskvada qarşılaşmaq istədiyini növbəti dəfə açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə o, ESPN-ə müsahibəsində deyib:

“Bu ili Həbiblə Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir.  Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”.

Xatırladaq ki, Həbib və Konor 2018-ci ilin oktyabrnda qarılaşıblar. Həmin görüşdə dağıstanlı idmançı 4-cü raundda qələbə qazanıb. Bundan sonra Konor onu  yenidən döyüşə çağırıb.Həbib Nurmaqamedovun meneceri Əli Abdel-Əziz  isə Makreqorla döyüşün onları maraqlandırmadığını söyləyib.


14.01.2020 20:49
354

Loading...
close
close