First slide
"Hazırda bizdə 3439 cəsəd var" - Erməni tərəfi AÇIQLADI

Qarabağ müharibəsində 3 min 439 erməni hərbçi ölüb.

Panoram.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Hazırda bizdə 3439 cəsəd var. Onlardan 766-nın identifikasiyası aparılmayıb. Həmçinin itkin düşənlər də var. Mən son rəqəmləri səsləndirmək istəmirəm. Lakin ölənlərin sayı 4 mindən çox olmayacaq”, - deyə Avinyan bildirib.

Qeyd edək ki, Ermənistan siyasətçiləri, eləcə də bu ölkənin mediası müharibədə ölən erməni hərbçilərinin sayının bu rəqəmdən dəfələrlə çox olduğunu qeyd edir.

20.01.2021 22:31
3494
Loading...