First slide
Güclü külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsini UÇURDU

Bakıda keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

BakuPost xəbər verir ki, hazırda bu səbəbdən yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.


06.02.2020 21:41
29
Loading...