First slide
Göygöldə avtomobil üzüm sahəsindəki maneəyə çırpıldı

Göygöldə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı üzüm sahəsində olan maneəyə çırpılıb.

Hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı sürücü ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır olduğu bildirilir.

Qeyd edək ki, xəsarət alan sürücünün polis əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

07.06.2022 22:31
5299
Loading...