First slide
Generalın qızından Ruhaniyə: Atamın qisasını kim alacaq?

İran Prezidenti Həsən Ruhani Bağdadda öldürülən general Qasım Süleymaninin evini ziyarət edib.

Axar.az xəbər verir ki, ziyarət zamanı Süleymaninin qızı Ruhaninin “Allah sizə səbir versin, bunu aradan qaldıracağıq” sözlərinə cavab olaraq “Atamın qisasını kim alacaq” soruşub.

Ruhani də qıza, “Alacağıq, hamısının qisasını alacağıq, heç narahat olmayın” cavabını verib.

Qeyd edək ki, general Qasım Süleymaninin iki qızı, üç oğlu var.


04.01.2020 22:58
393
Loading...