First slide
Generalın ölümündən sonra İranda MANAT VƏ DOLLAR BAHALAŞDI

İran ətrafında baş verən son hadisələr, xüsusilə də general Qasım Süleymanının ABŞ-ın raket zərbələri ilə öldürülməsindən sonra İranın yerli valyutası dəyərdən düşüb.

FED.az xəbər verir ki, yerli valyuta olan rial qara bazarda dollar və manat qarşısında geriləyib.

Belə ki, bir neçə gün əvvəl İran qara bazarında Azərğayan manatının məzənnəsi 73 min rial olduğu halda, indi bu rəqəm 7,5% artaraq 78,5 min riala çatıb.

Dolların məzənnəsi isə 7,2% artaraq 124 min rialdan 133 min riala yüksəlib.

Qeyd edək ki, İranda dolların rəsmi məzənnəsi ilə qara bazardakı məzənnə arasında böyük fərq var. Belə ki, rəsmi məzənnəyə əsasən, İranda 1 ABŞ dolları 42 min rialdır.

05.01.2020 23:25
563

Loading...
close
close