First slide
General Mayis Bərxudarov: “Bir şəhidimizə görə, 100 erməni belə məhv etsək, yenə azdır”

Xəbər verdiyimiz kimi, cəbhənin Xocavənd istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenant Tural Ədül oğlu Haşimli, baş leytenant Şahlar Yaşar oğlu Nəzərov, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgər Zakir Nazim oğlu Cəfərovun xatirəsinə anım mərasimi keçirilib.

Ordu.az-ın məlumatına görə, Xocavənd rayonunda keçirilən anım mərasimində ordu birliyi komandiri, general-mayor Mayıs Bərxudarov çıxış edib.

General öz çıxışında bir komandan kimi hər zaman şəhid ailələrinin yanında olduğunu və ailələrə xüsusi diqqət və qayğı göstərəcəyini dilə gətirib.

"Bu gün dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı göz önündədir. Buna bariz nümunə kimi ölkə rəhbəri, silahlı qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin şəhid doğmaları ilə keçirdiyi səmimi görüşləri göstərmək olar. Biz də bu ənənəyə sadiq qalaraq öz imkanlarımız çərçivəsində şəhid ailələri üçün əlimizdən gələni əsirgəmirik. Təbii ki, müqəddəs şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Vətən yolunda canını qurban verən hər bir övladın anası oğlu ilə qürur duymalıdır. Çünki, o şəhid həmin ananın şah əsəridir. Yəni həmin övladı Vətən üçün canından keçəcək qədər cəsur, qorxmaz edən elə şəhidin öz anasıdır ki, onu bu ruhda böyüdüb. Bundan başqa biz zabitlər ətrafımızda cəmləşən məğrur şəhid valideyinləri gördükcə daha da ruhlanır, daha da qüvvətlənirik. Mən buradan şəhid analarına demək isteyirəm: onlar əmin ola bilərlər ki, ordumuz hər bir şəhidimizin qisasını beş dəfə artıq alır, alacağıq da... Bir nüansı da nəzərinizə çatdırım ki, bir şəhidimizə görə, 100 erməni belə məhv etsək, yenə azdır”, - deyə general-mayor Mayıs Bərxudarov bildirib.

Birlik komandiri bundan başqa öz çıxışı zamanı ordumuzun müasir silahlarla silahlanmasından və ordunun hazırda qadir olduğu gücdən söhbət açıb: "Artıq ordu quruculuğu istiqamətində aparılan uğurlu siyasət Azərbaycan Silahlı Qüvvələrini regionun lider ordusuna çevirib. Düşmənin öz ordusunun silahlanması haqqında yaydığı pafoslu çıxışlar sadəcə onların özlərini aldadır. Onların silahlanmasına nəzər salsaq, aldıqları silahlar demək olar ki, Azərbaycan Ordusunun arsenalında illər əvvəl yer alıb. Halbuki hazırkı məziyyət müqayisə predmenti belə ola bilməz. Əminliklə qeyd etmək olar ki Azərbaycan ən qısa zamanda işğal altında bütün torpaqlarını azad etməyə hazırdır”.

 

06.01.2020 00:05
1170

Loading...