First slide
Gəncədə güclü partlayış - yaralılar var

Gəncə şəhərində evdə partlayış baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Yeni Qəsəbə adlanan yaşayış massivində qeydə alınıb.

Partlayış nəticəsində Bayramova Məryəm və Rzayeva Pəri ağır yanıq xəsarətləri alıblar.

Yaralılar ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına aparılıb.

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızmasıdır. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Partlayışın dəqiq səbəbləri araşdırılır.

02.02.2020 10:14
122
Loading...