First slide
Fransız saytı təəccüblənir: erməni təbliğatını susdurmağın unikal imkanı

Fransız Caucase de France saytı Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş Petisiyaya səsvermədə azərbaycanlıların kütləvi iştirakını təəccüblə qeyd edir. 

Bu Petisiya Senatın Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsinə cavab olaraq, Mesopinions.com fransız petisiyalar saytında yerləşdirilib. Fransa parlamentariləri ölkəmizi “kütləvi və hərbi cinayətlər”də ittiham etmək, o cümlədən Avropa İttifaqı ölkələrini Azərbaycanın neft və qazının alınmasına embarqo tətbiqinə sövq etmək niyyətindədirlər.

Petisiyanın Azərbaycan dilində mətni

Petisiyanın rus dilində mətni

Caucase de France qeyd edir: “Mesopinions.com saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyanın dərc olunmasından on üç gün keçib, artıq 31 mindən çox insan ona səs verib. Bu petisiyanın altında şərhlərin sayı 3300-dən artıqdır ... Müqayisə üçün: Dağlıq Qarabağdakı erməni xristian ziyarətgahlarının mühafizəsi üçün 2020-ci ilin noyabr ayında həmin fransız saytında yerləşdirilən Petisiya o vaxtdan bu günə kimi cəmi 1060 səs və 143 şərh alıb.

Caucase de France-ın məlumatına görə, Fransa Senatına müraciətin yer aldığı petisiya Azərbaycanın müxtəlif şəhərlərinin on sakini tərəfindən imzalanıb. “Bu təşəbbüs qrupunun rəhbəri 2020-ci ildə Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı raket atəşlərinə məruz qalmış Gəncə şəhərinin ictimai fəalı, 52 yaşlı Ələkbərova Kubradır”.

Səsvermədə necə tez və asan şəkildə iştirak etməyə dair Azərbaycan dilində təlimat

Səsvermədə necə tez və asan şəkildə iştirak etməyə dair rus dilində təlimat

Nə qədər çox azərbaycanlı petisiyaya dəstək olmaq üçün səsvermədə iştirak edərsə, fransız və digər Avropa ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən, nəhayət ki, Fransanın birtərəfli, ermənipərəst mövqeyi ilə bağlı bizim fikrimizin eşidilmək ehtimalı bir o qədər də artar. Bu, Avropadakı erməni təbliğatını susdurmaq üçün unikal şansdır!

Həmçinin Caucase de France qeyd edir ki, petisiya və ona dəstək məqsədilə Bakıda, Fransa səfirliyinin önündə keçirilən etiraz aksiyası ilə bağlı ABŞ hakimiyyəti tərəfindən maliyyələşdirilən “Radio Svoboda”-nın bir neçə regional xidmətlər saytı xəbər verib.

24.10.2022 15:57
202
Loading...