First slide
Evlənmək istəyənlər DİQQƏT: 100 manat... - TƏKLİF

"Azərbaycanda boşanmanı deyil, evlənməyi çətinləşdirmək lazımdır".

"Panoram.Az" baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev İctimai TV-də yayımlanan "Diqqət Mərkəzi-Yekun" verilişində deyib. 

Onun sözlərinə görə, evlənmək istəyənlərdən pul da almaq olar: 

"Əvvəldən 100 manat ödəməyin eybi yoxdu. Sonradan boşananda onsuz minlərlə manat ziyana məruz qalacaq. Cütlük evlənmək üüçün müraciət edəndə onları psixoloqa yönləndirmək lazımdır. Psixoloq cütlüyə intim münasibətin ailə münasibətindən fərqli olduğunu izah edəcək.

Bəzən insanlar ailə münasibətlərinə hansı öhdəliklərin yükləndiyini başa düşmür. Boşanma hallarında xəyanətin çox böyük rolu var. Bununla yanaşı, dəyərlərin üst-üstə düşməməsi, insanların bir-birini anlamaması, bəyənməməsi və tanımaması kimi hallarda mövcuddur". 


16.01.2020 19:33
2