First slide
Evdə qaz balonu partladı, beş uşaq xəsarət aldı

Rusiyanın Voloqda vilayətinin Sokol şəhərində yaşayış evində qaz balonun partlaması nəticəsində beş nəfər azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, güclü partlayış bağ evində qeydə alınıb.

Partlayışdan sonra başlayan yanğın evin 28 kvadrat metr ərazisini əhatə edib.

Yanğın nəticəsində xəsarət alan uşaqlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Həkimlər digər dörd nəfərin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

03.06.2021 10:47
5389
Loading...