First slide
Erotik videosu yayıldı – Məşhur klubdan qovuldu

“Malaqa” baş məşqçisi Viktor Sançeslə müqaviləni vaxtından əvvəl ləğv edib.

Metbuat.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. İspaniya mətbuatı bildirir ki, belə bir qərarın verilməsinə 43 yaşlı mütəxəssisin İnternetdə yayılmış erotik videosu səbəb olub. Şantajçılar Sanşesin şəxsi messencerdə cinsiyyət orqanını nümayiş etdirdiyi videonu ələ keçirərək şəbəkədə yayıblar.

“Klub müqaviləni pozmaqla bağlı məsələni Sanseçlə sülh yolu ilə həll etməyə çalışdı. “Malaqa” tərəfdən bütün səylərə baxmayaraq, buna nail olunmadı. Ona görə də klubun nüfuzuna ciddi zərbə olan bu intizam qaydası pozuntusuna görə onun göndərilməsinə qərar verilib” – deyə “Malaqa”nın yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, hazırda Malaqa Sequndada çıxış edir. Komanda hazırda 23 xalla 16-cı yeri tutur.(qol.az)


12.01.2020 12:39
494

Loading...
close
close