First slide
“Ermənistan İrana xəyanət etdi, biz də Azərbaycana dəstək verməliyik” — İranlı deputatdan ŞOK ETİRAF

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, deputat Hüseyn Nəqəvi Hüseyni Ermənistanın baş naziri Nikol Paşinyanın iranlı general Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsinə kəskin reaksiya verib.

Hüseyn Nəqəvi Hüseyni indiyədək ölkəsinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yummasını da etiraf edib:

"Ermənistan rəhbərliyinin şəhid Qasım Süleymanini "terrorçu" adlandırması rüsvayçılıqdır. Ermənistan bu addımı ilə çətin anlarında daim onu dəstəkləyən İranın belinə xəncər sancmış oldu. Ermənistan öz səhvini başa düşmürsə, biz də Azərbaycana işğal altında olan torpaqlarının azad olunması ilə bağlı haqq mübarizəsində dəstək verməliyik. Nəhayət dostumuzla düşmənlərimizi tanımalıyıq. İndiyədək İran bu dəstəyi yalnız Ermənistana göstərib. Ancaq zaman göstərdi ki, bu səhv qərar olub. Ermənistan İrana xəyanət etməklə öz tərəfini seçdi. Artıq biz də öz seçimimizi etməliyik...".

//yenisabah

04.01.2020 18:03
547
Loading...