First slide
Ermənistan İFLİC OLDU: Minlərlə hərbçi... - Stepanyandan ETİRAF

Ermənistan Təcili Yardım QSC-nin iş yükü 3 qat olub.

Publika.az  xəbər verir ki, bu barədə cəmiyyətin direktoru Taquhi Stepanyan “Sputnik Armeniya”ya açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda təcili yardım briqadaları 3 istiqamətə bölünüb: ənənəvi çağırışlar, koronavirus xəstələrinə və ölən əsgərlərin köməyə ehtiyacı olan yaxınlarına xidmət.

Direktor bildirib ki, xüsusilə, yaralıların gətirilməsi briqadaları çətin vəziyyətə salır: “Qaynar xəttə cavabsız zənglərlə bağlı şikayətlər daxil olur, amma əslində zənglərin sayı dəfələrlə artıb və operatorlar sadəcə cavab verməyə belə vaxt tapmırlar, çünki o vaxt başqa zənglər də daxil olur”.

Stepanyan vətəndaşları ehtiyac olduqda təcili yardım çağırmağa səsləyib.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxan vətəndaşların sayı hər gün artır. 28 oktyabr tarixindən koronavirusa yoluxmuş 448 nəfər xəstəxanaya yerləşdirilməyi gözləyir, 2 min 472 nəfər stasionar müalicə alır. Döyüş əməliyyatlarında yaralanan minlərlə hərbçi də tibbi mərkəzlərdə müalicə alır.

29.10.2020 22:16
1528

close
close