First slide
“Ermənistan böyük müharibəyə hazırlaşır” - Sahibə Qafarova

"Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır"

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

Görüşdə Dağlıq Qarabağ problemi barədə danışan Sahibə Qafarova bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir.

"Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyon qaçqının mövcudluğu çox böyük problemdir. Münaqişənin həllinə dair BMT Təhlükəsizilik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq, atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəş nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir".

Milli Məclis sədri xatırladıb ki, Ermənistanın sonuncu ən təhlükəli təxribatı bu il iyulun 12-də baş verib: "Bu ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluqçusu həlak oldu. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik".


22.09.2020 20:39
144

Loading...