First slide
Ermənilər Qarabağla bağlı bunu dərk etməlidir - RUSİYADAN KRİTİK AÇIQLAMA

Rusiya və Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsində fəal iştirak edir və bu məsələdə qlobal iqtisadi arteriya kimi əsas bəndlərdir.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Vitali Arkov deyib.

O bildirib ki, "Şimal-Cənub" dəhlizi magistral deyil, dəmiryolu, avtomobil və ya su yoludur:

"Bu, layihədə iştirak edən ölkələrə yalnız xarici malların tranzitindən deyil, həm də öz məhsullarının ixracından gəlir gətirən nəqliyyat kompleksidir. "Şimal-Cənub" dəhlizi sənaye və kənd təsərrüfatı istehsalının artmasına, yeni investisiyaların yatırılmasına, iş yerlərinin açılmasına və büdcəyə əlavə gəlirlərin gətirilməsinə təkan ola bilər".

Onun sözlərinə görə, 30 il davam edən Qarabağ münaqişəsinin yaratdığı gərginlik bir çox iqtisadi layihələri ciddi şəkildə ləngidib:

"Azərbaycan ərazisinin bir hissəsi həm Ermənistanın nəzarəti altında olub, həm də Naxçıvan məcburi təcrid edilərək kənarda qalıb. Noyabrın 9-dan 10-na keçən gecə Qarabağda münaqişəyə son qoyan üçtərəfli bəyanat və yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi konstruktiv danışıqlar bütün regionun həyatında yeni mərhələ açır.

Moskvada əldə edilmiş razılaşmaların yerinə yetirilməsi, üç dövlətin hökumətləri səviyyəsində qərarların ətraflı şəkildə hazırlanması bölgənin ciddi iqtisadi potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək. Onun faydaları yalnız Rusiya, Azərbaycan, İran və Türkiyə üçün deyil, Ermənistan üçün də aydındır. Çox istərdim ki, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti bunu dərk etsin və gələcək nəsillər üçün sağlam bir qərar versin".

       
13.01.2021 14:49
696
Loading...