First slide
Əri ilə barışan Əfsanə: "Uşaqlarımın xatirinə ölümə gedirəm" - VİDEO

Ərinin işgəncələrinə dözməyərək evdən qaçan Əfsanənin onunla barışması ictimaiyyət üçün gözlənilməz olub.

BAKU.WS xəbər verir ki, Əfsanə bu addımı üç uşağının xatirinə atdığını deyib:

"Uşaqlarımın xatirinə barışıram. Uşaqlarımın xatirinə hətta ölümə də gedirəm".

Anası ilə qardaşı onun bu qərarına etiraz ediblər. Ana deyib ki, Səxavət Əfsanəni evə apardıqdan sonra öldürəcək. Aparıcı da ona barışıq barədə bir daha düşünməsini istəyib. Lakin Əfsanə fikrindən dönməyib.

Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı. Sonra məlum oldu ki, 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib. Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır.


05.02.2020 22:25
85
Loading...