First slide
Əri döyən hamilə qadın gecə saat 3-də evdən qaçdı və ... - VİDEO

Əri döyən qadın gecə saat 3-də evdən qaçıb Xoşqədəmin yanına gəlib.

BAKU.WS xəbər verir ki, gənc və hamilə qadın Xəzər TV-nin "Səni axtarıram" proqramının canlı efirinə gəlib.

Səfərəliyeva Məryəm gedəcək başqa yeri olmadığı üçün efirə gəldiyini deyib:

"Quba rayonunun Dəlləkli kəndindən gəlmişəm. Özüm qubalı qızıyam, rayonun Zərdəbi kəndinə gəlin köçmüşəm. Dəlləklidə yaşayırıq. Beş aylıq hamiləyəm. Ərim döyüb məni. Gecə saat 3-də qaçmışam. Atam, qardaşım deyib ki, bizim qapıya gəlsən, öldürəcəyik".

Qadın deyib ki, bu, onun üçüncü hamiləliyidir. İlk evliliyindən bir qızı, bir oğlu var. Onu döyən ikinci həyat yoldaşı qətl törətdiyinə görə 13 il həbsdə yatıb. Bu faktı ərə gedəndən sonra öyrənib.  

Məryəm deyib ki, əri bətnindəki körpə qız olduğu üçün abort etdirməyi tələb edir. Ərinin bu istəyinə etiraz etdiyinə görə şiddət görüb.

X.Hidayətqızı qadına əvvəlcə böyüklərinin yanına, sonra polisə getməyi məsləhət görüb.


       
04.02.2020 21:03
40
Loading...