First slide
Ərdoğanın Şuşa səfərinin proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər proqramı açıqlanıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə lideri Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Dövlət başçılarının təkbətək görüşündən sonra bir sıra müqavilələrin imza mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Türkiyə lideri bundan sonra Şuşa şəhərində gəzintiyə çıxacaq.

15.06.2021 10:35
6411
Loading...