First slide
Ərdoğanın sözçüsü qar uçqununa düşdü - VİDEO

Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri və Van şəhərinin sabiq deputatı Gülşən Orhan xəstəxanalıq olub.

BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, Vandakı ikinci qar uçqunu zamanı qar altında qalan və yaralanan Orhan təcili Çatan Dövlət Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Türkiyənin Van-Bahçesaray magistralında qar uçqunu baş verib.

Təbiət hadisəsi nəqliyyatın hərəkətini iflic edib. Bir mikroavtobus və traktor uçqun altında qalıb.

Hadisə nəticəsində 5 nəfər ölüb.

8 nəfər qarın altından çıxarılıb.


05.02.2020 17:26
15
Loading...