First slide
Əməkdar artist xəstəxanaya yerləşdirildi

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.


Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.


"Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə xəstəxanaya yerləşdirdik”, - o bildirib.


Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.

10.05.2021 10:44
7016
Loading...