First slide
Əli Heydərovun qatili haqda yeni faktlar: öz bacısını öldürüb, kürəkəninin qulağını kəsib
"Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovu aprelin 12-də Moskvada "Skorpion” tapança-pulemyotu ilə güllələyən Mətləb Sultanov (əvvəlcə onun Taleh Orucov ad-soyadlı sənəd daşdığı məlum olmuşdu, tutulandan sonra əsl kimliyi müəyyən olunub,-red.) əvvəllər öz bacısını qətlə yetirdiyi üçün mühakimə olunub.
 
"Rossia-1” telekanalı xəbər verir ki, bu cinayət 2008-ci ildə baş verib-Mətləb ata evində 33 yaşlı bacısı Pərvanə Hüseynəliyevayla dalaşıb. Bundan sonra o, bacısını öldürüb və onun ərinin qulağını kəsib.

M.Sultanov apreln 13-ü axşam Moskvanın Krasnodarsk küçəsindəki evlərdən birində saxlanlılıb. Müstəntiqlər onun kriminal avtoriteti qətlə yetirməsinin motivlərini aydınlaşdırmağa çalışırlar. Dindirmə zamanı o, "Albert Rıjiy”i öldürdüyünü boynuna alıb, amma qətli sifarişlə törətmədiyini deyib. ""Albert Rıjiy”-i öldürdüm. O, məni söymüşdü. Söyüb. Telefonda”,-M.Sultanov bildirib.

///Publika.az
15.04.2021 12:11
4481
Loading...