First slide
Əli Həsənovun əsas media orqanı BAĞLANDI

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi "Azadinform.az" fəaliyyətini dayandırıb.

Agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib. 

Dünən gecədən saytda heç bir yenilənmə yoxdur.

1999-cu ildən fəaliyyət göstərən "Azadinform" İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.(BakuPost)

01.02.2020 19:55
107
Loading...