First slide
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı daha bir açıqlama: “Elə söz deməmişəm”

Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı qalmaqal davam edir. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı müvafiq qurumların izahat verməsi tələb olunur.

Karantin qaydalarına riayət olunmasına nəzarət edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə toy mərasiminin keçirilmədiyini, bir neçə nəfərin iştirakı ilə toplantı təşkil olunduğunu deyib.

“Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”. – deyə o, bildirib.

Lakin həmin mərasimdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov müsahibəsində toy mərasiminin keçirildiyinin təsdiqləyib. İddia edib ki, mərasimdə karantin qaydalarına riayət olunub. Əməkdaşımız YAP-çı deputata sosial şəbəkələrdə həmin mərasimdən yayılan videoda bunun əksinin göründüyünü xatırlatdıqda o, “İştirak etmişəm düz etmişəm” deməklə özünə haqq qazandırıb. 

Bundan sonra əməkdaşımız DİN-nin sözçüsü Ehsan Zahidovla əlaqə saxlayaraq mərasimin bir-iki nəfərin iştirakı ilə keçirilən toplantı olmadığını, Siyavuş Novruzovun da bunu təsdiq etdiyini onun diqqətinə çatdırıb və məsələ ilə bağlı hansısa tədbirin görülüb-görülməyəcəyini soruşub. Maraqlıdır ki, Ehsan Zahidov bir neçə saat əvvəl Yeniavaz.com-a dediklərinin təkzib edib. O bildirib ki, heç kimə açıqlama verməyib.

“Mən heç kəsə açıqlama verməmişəm. Ümumiyyətlə, biz bu barədə açıqlama verməmişik. Daxili İşlər Nazirliyindən də açıqlama olsa, onu mən verərəm, mən də verməmişəm”, - deyə DİN-in sözçüsü vurğulayıb.

Ehsan Zahidov məsələ ilə bağlı hansı tədbirin görülüb-görülməyəcəyi barədə isə bunu deyib: “Bilmərəm, onu bilmərəm”.


21.08.2020 22:18
127

Loading...
close
close