First slide
Əfsanəvi futbolçu arvadını Rusiya təbliğatına uyduğu üçün boşayıb

Rusiya yığmasının sabiq futbolçusu, 1994-cü il dünya çempionatının bombardiri Oleq Salenko birinci həyat yoldaşı ilə bütün əlaqələrini kəsib.

53 yaşlı veteran hücumçu bunu xanımının Rusiya təbliğatına uyması ilə əlaqələndirib və ailə vəziyyətinin qeyri-standart olduğunu bildirib:

"Anadan olduğum və həyatımın əhəmiyyətli hissəsini keçirdiyim ölkə Rusiyadır. Orada mənim ilk həyat yoldaşım və oğlum var. Onu özümdən uzağa göndərmişəm. Çünki zombiləşib və Kreml təbliğatına inanır. İkinci həyat yoldaşımdan olan oğlum isə İtaliya klublarında baxışdadır".

Salenko DÇ-1994-də Rusiya yığmasının heyətində 5 ukraynalı, iki osetiyalı və iki belaruslu futbolçunun olduğunu xatırladıb. O, müharibənin dayandırılmasını istəyib:

"Qərb mətbuatına müsahibələrimdə jurnalistlərə deyirəm ki, öz ictimaiyyətinizə və hakimiyyətinizə təzyiq göstərin. Sanksiya öz yerində, amma Ukraynaya güclü silahlanma lazımdır".

Qeyd edək ki, Oleq Salenko DÇ-1994-də 6 qol vuraraq, "Qızıl buts"a sahib olub.

Mənbə: Fanday.net

27.03.2022 23:41
2937
Loading...