First slide
Dünya şöhrətli futbolçunun arvadı seksuallığı ilə heyran etdi - FOTO

45 yaşlı məşhur modelyer və iş xanımı Viktoriya Bekhem Yunanıstanın “Vogue” jurnalının mart sayının siması olub.

Oxu.Az xəbər verir ki, jurnalın üz qabığına çəkilən britaniyalı ulduz qazandığı uğurlardan və şəxsi həyatından danışıb.

“Həyat bir rəqabətdirsə, Viktoriya Bekhem çempiondur”- deyə, o qeyd edib.

Cazibədar pozlar verən modelyer “Victoria Bekhem” geyim markasının yaz-yay kolleksiyasının libaslarından istifadə edib.

Xatırladaq ki, bir neçə gün öncə Bekhem London Moda Həftəsində iştirak edib. O, payız-qış 2020/2021 mövsümünün bir-birindən dəbli və cəlbedici geyim və aksesuarlarını nümayiş etdirib.

19.02.2020 11:01
86
Loading...