First slide
Dünən şəhid olan əsgərimiz nişanlı imiş

Xəbər verdiyimiz kimi, ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

F.Fərzəliyev Ucar rayonunun Alpı kəndində anadan olub. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. O, bu ilin aprel ayında hərbi xidmətini başa vuracaqdı. Şəhid əsgərimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.

Şəhidin bir bacısı və bir qardaşı var. Evin sonbeşiyi olan F.Fərzəliyev nişanlı olub.

\Azvision.az


08.01.2020 11:22
422

Loading...
close
close