First slide
Dul qadının sevgilisi qızına təcavüz etdi, bədənində siqaret söndürdü

Hindistanda 25 yaşlı Naqaraj adlı şəxs sevgilisinin beş yaşlı qızına təcavüz edib.

Türkiyə mətbuatının məlumatına görə, hadisə Karnataka əyalətində baş verib.

Bildirilir ki, sözügedən şəxs “Facebook”da dul qadınla tanış olub və onlar birlikdə yaşamağa qərar veriblər. Lakin Naqaraj adlı şəxs qadının beş yaşlı qızına təcavüz edərək, azyaşlının bədənində siqaret söndürüb.

Hadisənin üstü Uşaq Müdafiə Mərkəzinə daxil olan şikayətdən sonra açılıb. Aparılan yoxlamalar zamanı azyaşlı qızın cinsi istismara məruz qalması təsdiqlənib, bədənində yanıq izləri aşkarlanıb.

Qadının sevgilisi dərhal həbs olunub. Zərərçəkmişin, qardaşının və anasının müdafiəsini dövlət öz üzərinə götürüb.

//oxu.az

15.01.2020 09:39
0