First slide
DTX-dən şok əməliyyat: Icra başçısı və vəzifəli şəxslər tutuldu

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, keçirilən əməliyyat zamanı İsmayıl Vəliyev saxlanılıb.
Digər səlahiyyətli şəxslərlə bağlı da araşdırmalara başlanılıb.

“unikal.org”un məlumatına görə, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

20.02.2020 15:09
43
Loading...