First slide
Donumu qaldırdı, utandım — Əməkdar artist - VİDEO

"Onun üçün xüsusi ayaqqabı tikdirmişdim və elə gəlmişdim efirə. Utandım. Sonra mənə o qədər zənglər oldu ki...”

"Ölkə.Az" xəbər verir ki, bu sözləri ARB TV kanalında yayımlanan “Ona qalsa” verilişində əməkdar artist Sevinc Sarıyeva bildirib.

Müğənni hər şeyi reklama çevirənlərdən şikayətlənib:

“Bizim konsertlərimiz hesabatdır. Öz payıma deyirəm ki, hər dəfə konsertdə çıxış edəndə ustadların qarşısında imtahan vermiş oluram. Amma o konsertləri reklam xətirinə etməmişəm, efir çəkilib verib, o ayrı. Amma Sevinc xanım filan yerdə konsert verdi, yıxıldı, belə şeyləri sevməmişəm. Hətta, o vaxt ayağım sınanda biri dedi ki, gələk sizi yataqda çəkək, əməliyyatı çəkək. Dedim, mən öz canımın halındayam.

Qonşu kanalların birində məni efirə dəvət etdilər. Məni gipsdə verilişə gətirdilər ki, heç olmasa efirə çıx 3-4 ay camaat səndən nigarandı. Aparıcı efirdə donumu qaldırdı ki, ayağım gipsdədi. Onun üçün xüsusi ayaqqabı tikdirmişdim və elə gəlmişdim efirə. Utandım. Sonra mənə o qədər zənglər oldu ki...”.



06.01.2020 20:06
170
Loading...