First slide
Diş həkiminə müraciət edən qadının ağız boşluğundan çıxanlar şoka saldı - FOTO

İtaliyada gənc qadın ağız boşluğunda yaranan narahatlığa görə stomatoloqa müraciət edib.


Publika.az xəbər verir ki, onun dişinin dibindən çıxan tüklər həkimləri şoka salıb.


Məlum olub ki, gənc qadın “polikistik over” sindromundan əziyyət çəkir.



“Ağız Cərrahiyyəsi, Ağız Təbabəti, Ağız Patologiyası və Ağız Rentgenologiyası” (Oral Surgery, Oral Medicine, Oral Pathology and Oral Radiology) adlı dərgidə dərc olunan xəbərə görə, tibb dünyasında sadəcə 5 dəfə bu tip xəstəlik qeydə alınıb. Onların 5-i də kişi olub.


Qeyd edək ki, italiyalı qadın ilk dəfə 2009-cu ildə bu şikayətlə həkimə müraciət edibmiş. O, hormonal dərmanlarla müalicə alsa da, xəstəlik yenidən ortaya çıxıb.


Gənc qadın ömür boyu hormonal dərmanlar qəbul etmək məcburiyyətindədir.



08.02.2020 11:43
92
Loading...