First slide
DİQQƏT! Bu şəxslərə vergi güzəşti olunacaq, ödənişsiz təhsil alacaqlar - VİDEO

Vizasız gəliş, vergi güzəşti, ödənişsiz təhsil.

Bu güzəştlər "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında" hazırlanan yeni qanun layihəsində əksini tapıb. Bu qanun layihəsində xaricdə yaşayan soydaşlarımıza ''soydaş vəsiqəsi''-nin verilməsi nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsinin insan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalovun sözlərinə görə, bu vəsiqə ilə xaricdə yaşayan azərbaycanlılar bir çox güzəştlərdən yararlana biləcəklər.

Bu vəsiqəsi olan soydaşlarımızın faydalanacağı güzəştlər bununla da bitmir.Bu güzəştlər arasında işçi vizası olmadan Azərbaycan ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququnun verilməsi də var. Yəni vətəndaşlığı olmayan azərbaycanlılar Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istədikdə mütləq işçi vizası almalı idilər.

Yeni qanun layihəsi onları bu vizadan da azad etməyi nəzərdə tutur. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda ödənişsiz ali təhsil ala bilməsi hüququ da nəzərdə tutulub. Gələcəkdə layihəyə bir sıra iqtisadi və vergi güzəştləri əlavə olunması məsələsinə də baxılacaq.

Bəs bir çox güzəştləri özündə birləşdirən bu ''soydaş vəsiqəsi'' kimlərə və necə veriləcək?

Sözügedən layihə üzərində hazırda işçi qrupu çalışır. Layihə ölkə daxilində və xaricdə soydaşlarımızla müzakirə olunduqdan sonra Milli Məclisə təqdim ediləcək.


13.01.2020 09:11
3