First slide
DİQQƏT! Bu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Unikal.org xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən səthi sıxlığı 25 q/m2-dən çox, lakin 70 q/m2-dən çox olmayan kimyəvi iplər və səthi sıxlığı 70 q/m2-dən çox, lakin 150 q/m2-dən çox olmayan kimyəvi iplər gömrük rüsumlarından azad edilib.

Qeyd edək ki, gömrük rüsumundan azad edilən bu məmulatlar tibbi maskaların istehsalı istifadə edilir.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.


25.03.2020 23:11
204
Loading...