First slide
DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı - VİDEO

Ötən gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətidən bildirilib.

 

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində təxribat baş verib. F.Ağamalı təxribatın digər deputatlığa namizəd Kamil Musəvi tərəfindən hazırlandığını bildirərək, DİN, MSK, DTX və Baş Prokurorluğa müraciət edib.Axar.az


 

07.02.2020 12:37
110
Loading...