First slide
Deputatlığa namizəd olan bu iki şəxsin iş yerləri diqqət çəkir -Biri sabiq nazirin oğludur

Bu ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin siyahısı açıqlanıb.

"Yeni Sabah" seçki dairələri üzrə siyahıya nəzər yetirib.

Siyahıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşının da adı var.

DTX-nin deputatlığa namizəd olan işçisi Rəşad Camalovdur. O, ixtisasca hüquqşünasdır.

R.Camalovun namizədliyi 46 saylı Şirvan seçki dairəsi tərəfindən qeydə alınıb.

R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.

Güc strukturlarından Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşı Jalə Əhmədova da deputat olmaq istəyən şəxslər siyahısındadır.

1981-ci il təvəllüdlü J.Əhmədova ixtisasca hüquqşünasdır. Namizədliyi 59 saylı Salyan Seçki Dairəsi tərəfindən qeydə alınıb.  /Oxu.az


11.01.2020 15:48
560

close
close