First slide
Deputatlar şəxsi əşyalarını Milli Məclisdən çıxardılar

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyini irəli sürməyən deputatlar parlamentlə xudahafizləşirlər.

Panoram.az-ın “Report”a istinadən məlumatına görə, namizdliyi irəli sürülməyən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.

Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.

Qeyd edək ki, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırkı deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.


03.02.2020 12:34
97
Loading...