First slide
Deputat: “Tək oğlan uşaqları əsgərliyə aparılmamalıdır?”

“Oğlan uşaqlarının əsgər getməsi hərbi işlə bağlı məsələdir. Əvvəllər ailələrdə bir neçə oğlan uşağı olurdu. İndi isə dəb başqa cürdü. Gənc ailələrimizin əksəriyyətinə baxın. Bir oğlan bir qız... Əgər belədirsə, tək oğlan uşaqları əsgərliyə aparılmamalıdır?!  Gərək o zaman hərb sahəsi boş qala...


Bunu V çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“Hesab edirəm ki, təkliyindən, cütlüyündən asılı olmayaraq, hər bir kişi cinsindən olan vətəndaşımız hərbi borcunu yerinə yetirməlidir. O ki qaldı tək oğlan uşaqlarının ön cəbhəyə göndərilib-göndərilməməsinə, ailədə övladın bir, ya da iki, üç olması eyni şeydir. Övlad övladdır. Tək, ya da cüt övladın itkisi valideyn üçün ağırdır. Düşünürəm ki, hər birimiz vətənimizi qorumaq, müdafiə etmək üçün hərbi xidmət dövrünü keçməliyik. Hara göndərilsək, orada da Vətənə borcumuzu verməliyik” – E.Məmmədov qeyd edib.Modern.az

       
24.02.2020 14:33
22
Loading...