First slide
Deputat: “Bu məsələdə xalqla hakimiyyət yekdildir”

"Azərbaycan istənilən vəziyyətə hazırdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, son günlər Tovuz istiqamətində yenidən Ermənistan silahlı qüvvələrinin fəallaşması və bir nəfər hərbi qulluqcunun şəhid olması Ermənistanın xüsusi provakasiyalara hazırlaşdığından xəbər verir:

"Bu günlər cəbhə xəttində vəziyyət gərgindir. Azərbaycan silahlı qüvvələri hər an Ermənistanın hərbi təxribatlarını dəf etməyə hazırdırlar və eyni zamanda ölkə daxilində hərbi təlimlər keçirilir”. 

Deputat bütün bunların Ermənistan üçün ciddi bir mesaj olduğunu vurğulayıb:

"Azərbaycanın öz ərazilərinin itirilməsinə heç vaxt razılaşmayacağını, Ermənistanın hərbi təxribartlarına layiqli cavab verəcəyini çox ciddi göstəricilərdən hesab etmək olar.

Prezidentin yerli kanallara verdiyi müsahibəsində zamanı da bu fikiri acıqca bildirdi. Ən əsası bu gün Prezidentin mövqeyi cəmiyyətin mövqeyinə çevrilib. Bu gün Azərbaycan cəmiyyəti Prezidentin apardığı siyasəti dəstəkləyir və bu məsələdə xalqla hakimiyyət yekdildir. Silahlı qüvvələrə, ordumuza, xalqımıza dəstəyi böyükdür. Hər bir kəs döyüş bölgəsində olmağa can atır. Vəziyyətin hansı istiqamətdə gedəcəyini hadisələr və zaman göstərəcək”.

Aydın Mirzəzadənin fikrincə, vəziyyət gərginləşərsə, bunun ən böyük zərərini Ermənistan çəkəcək: "Azərbaycan istənilən vəziyyətə hazırdır”.


23.09.2020 12:15
290

Loading...