"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele “Böyük beşlik” liqalarının 2022-ci ildəki oyunlarında ən çox qol ötürməsi edən futbolçusudur.
Qol.az "Opta"ya istinadən xəbər verir ki, fransalı futbolçu bu il 10 qolun ötürməsini verib. "Barselona"nın hücumçusu Lionel Messi 2-ci pillədə qərarlaşıb. Onun aktivində 9 assist var.
Deyan Kulusevski (“Tottenhem”), Marko Roys (“Borussiya” D) və Kristofer Nkunkudur (“Leypsiq”) isə bu il 8 qol ötürməsi edib.
Qeyd edək ki, Dembele bu mövsüm La Liqada ümumilikdə 13 məhuidar ötürmə və 1 qolla yadda qalıb.