First slide
Dəm qazı daha bir can aldı: Bayram tətilinə gedən tələbə öldü

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

Panoram.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.

T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araçdırma aparılır.


04.01.2020 18:16
454

Loading...