First slide
Dəhşətli təyyarə qəzası, 310 nəfər diri-diri yanıb - FOTOLAR

Dünyada bu zamana qədər xeyli təyyarə qəzaları yaşanıb. Təəssüf ki, bu qəzalar nəticəsində yüzlərlə insan həyatını itirib.

Redaktor.az ən dəhşətli 5 təyyarə qəzası haqda məlumatı təqdim edir:

Tarixin ən qanlı təyyarə qəzası 27 mart 1977-ci ildə Teəfiyə adasında baş verib. San Kruz şəhərində baş verən qəzaya səbəb Las-Palmas hava limanında baş verən terror aktı olub. "Boeing 747" tipli təyyarələrin toqquşması nəticəsində 582 nəfər ölüb.

1985-ci ildə Yaponiyada baş verən təyyarə qəzasında 520 insan həyatını itirib. Tokiyodan Osaka şəhərinə hərəkət edən təyyarə havaya qalxdıqdan 40 dəqiqə sonra dağa çırpılıb. Hava gəmisində olan 524 nəfərdən 520-si ölüb.

1974-cü ildə "Türk Hava Yolları"na aid London-Paris səfərini gerçəkləşdirən təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 346 nəfərdən heç kim sağ çıxa bilməyib. Qəzaya təyyarənin yük qapısının xarab olması nəticəsində baş verən partlayış səbəb olub.

1980-ci ildə Səudiyyə Ərəbistanına adi təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra yanmağa başlayıb. Hava limanına geri dönən təyyarədəki yanğını söndürməli olan yanğınsöndürənlərin geçikməsi nəticəsində 310 nəfər yanaraq ölüb.

1983-cü ildə Alyaskadan Cənubi Koreyaya gedən təyyarə Sovet hava məkanını pozub. SSRİ Hərbi Hava Qüvvəri təyyarəni vurub. Nəticədə Yapon dənizinə düşən təyyarədə olan 269 nəfər ölüb.


       
06.02.2020 21:51
17
Loading...