First slide
Daha bir icra başçısı vəzifəsindən gedir: "İstefa verəcəm"

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb.

Bununla bağlı Modern.az-a danışan icra başçısı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ona göstərilən etimada görə təşəkkür edib:

"Bugünkü siyahıda mənim də adımın olması sevinclə yanaşı böyük məsuliyyət hissi yaradır. Çalışacağam YAP tərəfindən mənə göstəilən bu etimadı doğruldum”.

A.Məmmədov bildirib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada deputat seçiləcəyi təqdirdə icra başçısı vəzifəsindən istefa verəcək:

"Qanunvericiliyə görə, deputat seçilərəmsə, hazırkı vəzifəmdən azad olunmalıyam. Öz hesabıma məzuniyyətə çıxacağam, yaxud istefa verəcəyəm, buna YAP tərəfindən mənə rəsmi sənəd daxil olanda qərar verəcəyik”. 

Qeyd edək ki, bundan əvvəl 123 saylı Kəlbəcər Seçki Dairəsinin deputatı Cavid Qurbanov olub.

27.12.2019 22:03
2722

Loading...